Bu gün Yaponiya parlamentinin aşağı palatasının buraxıldığı rəsmi şəkildə elan edilib.
Metbuat.az-ın xarici mətbuata istinadən xəbərinə görə, hökumətin yeni seçkiləri oktyabrın 22-nə təyin edəcəyi gözlənilir. Seçkiöncəsi kampaniyaya isə oktyabrın 10-da başlanacağı ehtimal edilir. Hökumətdən bildirilib ki, seçkilərin dəqiq hansı tarixdə keçirilməyi ilə bağlı qərar bu gün veriləcək.
Baş nazir Şinzo Abe seçicilərin dəstəyini qazanmaq niyyətindədir. Ancaq Tokionun qubernatoru Yuriko Koike də yeni yaratdığı “Ümid” partiyası ilə Baş nazirə rəqib olub.
Günay Elşadqızı \ METBUAT.AZ
“Türkiyə neft ticarətini bizimlə aparacaq” - Bağdad - OXUMAQ ÜÇÜN TIKLA |