Türkiyəli yazıçı Əmrah Serbes 22 sentyabrda İzmir-Aydın şossesində iki nəfərin öldüyü qəzanı özü etdiyini etiraf edib.
Metbuat.az-ın məlumatına görə, onun sosial mediadan etdiyi etiraf qısa müddətdə böyük səs-küyə səbəb olub. Bu etirafdan sonra qəza ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Məlumata görə, istintaqı aparan İzmir, Torbalı Respublika Prokurorluğu 2 gün əvvəl tutulan Kənan Doğrunun qəza zamanı avtomobili idarə edən şəxs olmağından şübhələnib. Bundan sonra qəzadakı avtomobilin hava yastığının üzərindəki qanın Kənan Doğruya, yoxsa Əmrah Serbesə məxsus olması araşdırılmağa başlanıb.
Serbes etiraf məktubunda deyib: “22.09.2017-ci ildə İzmir-Aydın yolunda baş verən qəzanın səbəbkarı mənəm. Həmin qəzada ata və qızı dünyasını dəyişdi, ana isə reanimasiyadadır. Ölən qız uşaqdır, cəmi 16 yaşı var idi. Heç bir şey gənc qızın həyatından qiymətli deyil.
Ani olaraq qarşımıza çıxan avtomobili vurmamaq üçün çox çalışdım. Yer sürüşkən olduğundan avtomobili maneəyə çırpdım. Amma yenə də qəza baş verdi. Hava yastıqlarının açılması və avtomobilin təhlükəsizliyi yaxşı olduğu üçün qəzadan adi xəsarətlə xilas olduq.