İraqın şimalında keçirilən referendumun ən mübahisəli şəhəri olan Kərkükdə gecə saatlarında silah səsləri eşidilib.
Metbuat.az-ın məlumatına görə, silahlı hücumun hədəfi Kərkükdə İraq Türkmən Cəbhəsi bürosu və təşkilatın Fazıl Antika Mədəniyyət Mərkəzi olub.
Silahlılar atəş açıb qaçdıqdan sonra, əhali küçələrə çıxıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Türkmən rəsmilər bildiriblər ki, hücum nəticəsində binalar zədələnib. Hazırda polis araşdırma aparır.
Qeyd edək ki, türkmənlər, ərəblər və kürdlərin birgə yaşadığı Kərkükdə bazar ertəsi günü keçirilən referendumdan sonra gecə saatlarında küçəyə çıxmaq qadağası qoyulmuşdu. Bağdad administrasiyası və Türkiyə Kərkükün referendumda iştirakına qəti şəkildə qarşı çıxıb. Ötən gün parlament İraqın baş naziri Heydər əl-İbadiyə Kərkükə hərbi müdaxilə etmək səlahiyyəti verib.
Günay Elşadqızı \ METBUAT.AZ
İki nəfəri öldürən yazıçı polisə təslim oldu - Bu məktub hər kəsi ağladır... - OXUMAQ ÜÇÜN TIKLA |