Konqoda hərbi təyyarə qəzaya uğrayıb, heyət üzvləri ölüb
Paylaş
162 baxış·1 dəq oxu
Bakı. 30 sentyabr. REPORT.AZ/ Şənbə günü Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada hərbi yük təyyarəsi qəzaya uğrayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, nəticədə hava gəmisinin heyət üzvləri ölüb. Göyərtədə neçə nəfərin olduğu məlum deyil.