Fransada bıçaqlı şəxs metroda insanlara hücum edib.

Hadisə Marsel şəhərində baş verib.

Həmin şəxs qarşısına çıxan insanlara bıçaqla zərbə endirib. Bir neçə nəfər bıçaq yarası alıb, 2 nəfər isə bıçaq yarasından ölüb. Polis atəş açaraq cinayətkarı öldürüb.

Fransa daxili işlər naziri Jerar Kollon hadisə ilə əlaqədar Marselə yollanıb.