Bunu “Report”a açıqlamasında bağlanmış bankların ləğvini həyata keçirən “Azerbaijan International Consulting Company" MMC-nin direktoru Natiq Yusifoğlu deyib.
Onun sözlərinə görə, icraya dair vəziyyətin yaxşılaşmasında banklara borcu olan şəxslərin ölkədən çıxışına qadağa qoyulması vacib rol oynayır: “Son nəticədə məhkəmə qərarlarının icrası əvvəlki kimi çox vaxt aparmır, nəzərdə tutulmuş müddətdə həyata keçirilir".