Soyuq havalarda içinizi isidəcək xəmir xörəklərinin vaxtıdır.

Metbuat.az bu dəfə şimal-qərb bölgəsinin dadlı yeməklərindən sürhüllünün hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

Un , su, duz

Sous üçün:

1 kq quzu əti (və ya qaxac edilmiş quzu əti)

3 stəkan su

İstiot və ya sarımsaq

Palçıq turşusu

Duz

Hazırlanması:

Un, su və duzu qarışdırıb çox da bərk olmayan xəmir yoğurun. Xəmir mayalandıqdan sonra uzununa lent formasında kəsin. Daha sonra xırda kvadrat formada kəsin. Ayırdığınız xırda hissələri şəhadət barmağınızı basmaqla çəkin. Çəkilmiş xəmiri əlinizlə bir qədər dartıb uzadın ki, qalın olmasın. Yapışmaması üçün unlayıb ayrı-ayrı yığın.

Qazanda su qaynadıb, duz əlavə edin. Çəkdiyiniz sürhüllüləri qaynayan suya əlavə edin. Sürhüllülər bişəndən sonra sudan çıxarıb qablara yığın.

Xəmir mayalanan müddətdə başqa bir qazana quru ət qoyub 3 stəkan su əlavə edin. Tam bişdikdən sonra ocaqdan götürün. Hazır şorbadan bolluca sürhüllülərin üzərinə gəzdirin, üstündən ət qoyun. Süfrəyə turşu və sarımsaqla verə bilərsiniz.

Sulu küftənin hazırlanması -RESEPT