Ev üsullu lahmacun

Kiçikdən-böyüyə çoxlarının sevimli yeməyi lahmacunu ev şəraitində hazırlaya bilərsiniz.

Metbuat.az xəbər verir ki, lahmacunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

4 stəkan un

1.5 stəkan su

10 qr maya

1 çay qaşığı duz

İçliyi üçün:

200 qr qiymə

3 ədəd pomidor

1 ədəd doğranmış soğan

½ qaşığı duz

½ çay qaşığı qara istiot

Hazırlanması:

Un, maya, su və duz əlavəe dib xəmir yoğurun. Üzərini örtüb yarım saat saxlayın. Xəmiri 2 dəqiqə də yoğurub 8 hissəyə bölün. Kündələri 10 dəqiqə saxlayıb oxlovla açın. İçliyi xəmirin üzərinə yayın. Əvvəlcədən qızdırılmış 200 dərəcəlik sobada 25 dəqiqə bişirin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Sobada kartoflu toyuq yeməyi -RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)