Həftədə neçə dəfə duş qəbul etmək lazımdır?

Həftədə bir dəfə duş qəbul etmək kifayətdirmi? Moda dizayneri xanım Vivienne Uaestod cavan görünməyinin sirrini bu yaxınlarda belə izah edib. O,həftədə yalnız bir dəfə hamamda yuyunur. 

Metbuat.az-ın məlumatına görə, Parisdə keçirilən moda tədbirində 76 yaşlı dizayner deyib ki, insan "həddən ziyadə tez-tez yuyunmamalıdır".

Ətraf mühitin qorunması idarəsinin fəalı Donnaşad Makkarti bu yanaşma ilə tam razıdır.

O düşünür ki, daha az-az duş qəbulu və bu yolla suya qənaət etmək iqlim dəyişikliyi ilə mübarizənin mühüm üsullarından birinə çevrilə bilər:

"Mən hər gün yuyunuram, lakin duş qəbul etməklə yox, sadəcə çanağa su doldurub bədənimə çiləyirəm".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR