Nigerdə ABŞ və yerli hərbçilərdən ibarət hərbi patrul atəşə tutulub.

APA-nın xəbərinə görə, Pentaqon nümayəndəsi Reuters agentliyinin sorğusunu cavablandıraraq məlumatı təsdiq edib.

“Ölkənin cənub-qərbində ABŞ-Niger birgə patrulu atəşə tutulub”, deyə Pentaqon rəsmisi qeyd edib.

Bununla belə Pentaqon nümayəndəsi itkilər barədə məlumat verməkdən imtina edib.

Qeyd edək ki, “New-York Times” qəzeti insident nəticəsində 3 ABŞ hərbçisinin həlak olduğu, 2-in isə yaralandığı barədə məlumat yayıb. Pentaqon xəbəri təsdiqləməyib.