Dağlıq Qarabağ məsələsi MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər. Kremlin ideoloqu İrəvana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mesaj göndərib. Rusiya ekspertləri Azərbaycanın Rusiyadan “Prometey” S-500 və “Antey-4000” zenit-raket sistemlərini almasının mümkünlüyü haqda müzakirələr aparır. Ermənistan parlamenti Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının yaradılması haqda razılaşmanı təsdiq edib. ABŞ-da dəhşətli terror aktı törədilib. Kataloniya ən yaxın həftə ərzində müstəqilliyini elan edəcək. Avropada separatizm dalğası genişlənməkdədir. Pxenyan qonşu Yaponiyanı “nüvə buludları” ilə hədələyib. İŞİD Suriya və İraqda məğlubiyyətdən sonra strategiyasını dəyidirir.

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

"Bizə belə gəlir ki, Ermənistan danışıqlar prosesinə qayıdır və bu, olduqca vacib məsələdir. Onların danışıqları boykot etmək siyasəti birincisi ağılsız, ikincisi isə səmərəsiz idi”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib.

Ermənistanı yerlə-yeksan edəcək SİLAHLAR, “MƏXFİ” qriflə gizlədilən SİRLƏR… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Prezidentdən mühüm bəyanat - Ermənistan danışıqlar prosesinə qayıdır