Azərbaycanın üç yük "Boeing" təyyarəsi alması üzrə müqavilənin dəyəri açıqlandı

Azərbaycanın üç yük "Boeing" təyyarəsi alması üzrə müqavilənin dəyəri açıqlandı
11:53 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanın "Silk Way West" (yük daşımaları) aviadaşıyıcısının üç "Boeing 747-8" təyyarəsinin alışı üzrə müqavilənin dəyəri 1,1 milyard dolları ötür. Trend xəbər verir ki, bu barədə "Boeing" şirkətinin saytı məlumat verir.

Məlumatda deyilir ki, hazırda tərəflər “Boeing 747-8" təyyarəsinin alqı-satqı prosesini başa çatdırırlar.

"Silk Way West Airlines" mənzil-qərargahı Bakıda yerləşən "Silk Way Airlines" aviaşirkətinin törəməsidir. Aviaşirkət regionda 50-dən artıq istiqamətdə müntəzəm və çarter yük reysləri həyata keçirmək üzrə liderdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2351289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR