"Qızıl top" mükafatına 20 namizədin adı açıqlandı -

"France Football" nəşri dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına 30 namizəddən 20-sinin adını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, siyahıda aşağıda adları qeyd olunan futbolçular yer alıb.

Neymar (Braziliya, PSJ), Luka Modriç (Xorvatiya, "Real"), Paulo Dibala (Argentina, "Yuventus"), Marselo (Braziliya, "Real"), N'Qolo Kante (Fransa, "Çelsi"), Luis Suares (Uruqvay, "Barselona"), Serxio Ramos (İspaniya, "Real"), Yan Oblak (Sloveniya, "Atletiko"), Filipp Koutinyo (Braziliya, "Liverpul"), Dris Mertens (Belçika, "Napoli"), David de Xea (İspaniya, "Mançester Yunayted"), Kevin de Bruyne (Belçika, "Mançester Siti"), Harri Keyn (İngiltərə, "Tottenhem"), Edin Ceko (Bosniya və Herseqovina, "Roma"), Robert Levandovski (Polşa, "Bavariya"), Antuan Qrizmann (Fransa, "Atletiko"), Toni Kroos (Almaniya, "Real"), Canluici Buffon (İtaliya, "Yuventus"), Sadio Mane (Seneqal, "Liverpul"), Radamel Falkao (Uruqvay, "Monako")

Qeyd edək ki, "Qızıl top" mükafatının sahibi təkcə jurnalistlərin səsverməsinə əsasən müəyyənləşəcək.

Xatırladaq ki, ötən il bu mükafatı Kriştiano Ronaldo (Portuqaliya, "Real") qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR