Yaşıl noxud şorbası

Soyuq havalarda isti şorbalarla içinizi isidin.

Metbuat.az yaşıl noxud şorbasının hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

2 çay qaşığı zeytun yağı

2 baş soğan

3 stəkan toyuq və ya tərəvəz bulyonu

5 stəkan yaşıl noxud

½ stəkan az yağlı qatıq

Duz və istiot zövqə görə

Hazırlanmasına gəldikdə tavaya zeytun yağını əlavə edib qızdırın, soğanları yumşaq və rəngini dəyişənə qədər bişirin. Bulyonu əlavə edib 10 dəqiqə ərzində qazanın qapağını bağlamadan qaynadın.

Yaşıl noxudları da əlavə edib 4 dəqiqə qaynadın. Blenderdə pure halına gətirin. Bir az soyuduqdan sonra qatıq, duz, istiot əlavə edib tərxunla ətirləndirə bilərsiniz.

Nuş olsun!

https://metbuat.az/news/802735/lazanya-yemeyinin-hazirlanmasi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)