Londondakı Bləkfəyr Kral Məhkəməsində 3 albanın prosesi başa çatıb. 24 yaşlı Olsi Beheluli, 23 yaşlı Azem Proşka və 29 yaşlı Besim Topali narkoticarətdə suçlanaraq toplam olaraq 31 il müddətinə azadlıqdan məhrum ediliblər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, polis onların yaşadıqları evlərdə və mənzillərdəki axtarışlar zamanı 4 milyon funt-sterlinq dəyərində heroinlə kokain aşkarlayıb. Bundan başqa, külli miqdarda nağd pullar, saxta sənədlər, pasport və şəxsiyyət vəsiqələri, habelə odlu silah aşkarlanıb.
Maraqlı məqam isə Olsi Behelulinin Britaniyanın Channel 4 telekanalındakı "My Little Princess" evlənmə proqramına qatılması və orada məşhur iştirakçılardan birinə çevrilməsi idi.
24 yaşlı Beheluli narkoticarətdən qazandığı pullarla fotolar çəkərək Twitter-dəki akkauntunda da paylaşıb.
Polis də məhz bu fotoların yayılmasından sonra Beheluli ilə maraqlanmağa başlamışdı.
Daha doğrusu, 240 min funt-sterlinq nağd pulu masaya qoyaraq fotosunu çəkən Behelulinin bu qədər pulu hansı yolla, necə qazanması polisi maraqlandırıb.
Axı Olsi Beheluli rəsmən işsizdi və müavinətlə dolanırdı.
İstintaq başlanıb və onun Londonun şimal-qərbindəki Brent səmtində narkoticarətlə məşğul olan bandaya rəhbərlik etdiyi aşkarlanıb.
Milli.Az

Narkotacir şou ulduzu fotosunun badına getdi - FOTO