Bakı-Qars dəmir yolu layihəsi üçün "Stadler Group"a 30 sərnişin qatarı sifariş verilib

Bakı-Qars dəmir yolu layihəsi üçün "Stadler Group"a 30 sərnişin qatarı sifariş verilib
13:02 13 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 30-da Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yük qatarları üçün rəsmi açılışı olacaq. 
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində sərnişin daşımaları gələn ildən etibarən fəaliyyətə başlayacaq. O, əlavə edib ki, bu məqsədlə İsveçrənin "Stadler Group" şirkətinə 30 ədəd sərnişin qatarı sifariş verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-qars-demir-yolu-layihesi-ucun-stadler-group-a-30-sernisin-qatari-sifaris-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR