Gələn il Bakıdan Gəncəyə sürət qatarı açılacaq

Gələn il Bakıdan Gəncəyə sürət qatarı açılacaq
13:17 13 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Növbəti il Bakıdan Gəncəyə sürət qatarının fəaliyyətə başlaması nəzərdə tutulub. Qatarın paytaxtdan Gəncəyə təxminən 4 saata çatacağı hesablanıb.
"Report"un xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
"Bu istiqamətdə gediş haqqının 10-14 dollar və ya təqribən 20 manat olması nəzərdə tutulub. Həmçinin, bu istiqamətdə hərəkət edəcək qatarlar sərnişinlərin bütün zəruri ehtiyacları və rahatlığı üçün lazımi şəraitlə təmin olunacaq",- deyə C.Qurbanov əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/gelen-il-bakidan-genceye-suret-qatari-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR