İstanbulda naməlum şəxs məktəbə hücum edib, 3 şagird yaralanıb
Paylaş
80 baxış·1 dəq oxu
Bakı. 13 oktyabr. REPORT.AZ/ İstanbulun Pendik rayonunda naməlum şəxsin məktəbə daxil olaraq açdığı atəş nəticəsində 3 şagird yaralanıb. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, şagirdlərə atəş açdıqdan sonra intihara cəhd edib. Faktla bağlı araşdırma aparılır.