Toyuq salatının hazırlanması

Bu resept salat sevənlər üçün ləzzətli və fərqli bir dad olacaq.

Metbuat.az bu dəfə toyuq salatının hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

300 qr. toyuğun döş əti
½ yaşıl bolqar bibər
½ qırmızı bolqar bibər
½ sarı bolqar bibər
1 ədəd təzə xiyar
1 banka konservləşdirilmiş göbələk
3 x/q konservləşdirilmiş qarğıdalı
Duz, istiot
Cəfəri
Zeytun yağı

Hazırlanmasına gəldikdə isə, toyuğu duzlu suda bişirib, didin. Xiyarı və bibərləri uzunsov formada kəsin.

Qarğıdalı və göbələk əlavə edin. Cəfərini xırda doğrayıb qaba tökün. Daha sonra ədviyyatlarını və zeytun yağını vurub qarışdırın.

Nuş olsun!

https://metbuat.az/news/799194/sulu-kuftenin-hazirlanmasi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)