Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün
tarixi açıqlanıb. Rusiyanın Soçi şəhərində MDB dövlət başçılarının
sammiti keçirilib. Rusiya Ermənistana müasir silahlar və hərbi
texnikanın alınması məqsədi ilə 100 milyon dollarlıq yeni kredit
verəcək. Türkiyə ordusu İdlib əməliyyatına başlayıb. Türkiyənin
İraq və Suriyanın şimalında “terror dəhlizi” oyununa qarşı tətbiq
edəcəyi uzunmüddətli hərbi planının detalları ortaya çıxıb. ABŞ və
Türkiyə arasında viza qalmaqalı böyüyür. Ağ Ev ABŞ prezidenti
Donald Trampın İran üzrə yeni strategiyasının əsas müddəalarını
elan edib. ABŞ Baltikyanı ölkələrlə Rusiya sərhədinə 2 zirehli tank
briqadası yerləşdirilib. Moskva ABŞ-ı cavab addımları ilə
hədələyib. İspaniyanın Kataloniya muxtariyyəti müstəqilliyin elan
edilməsini təxirə salıb.
Azərbaycan, Dağlı Qarabağ
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin
doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Prezident: “Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük” - FOTOLAR (YENİLƏNDİ)
Regiona səfər edən ATƏT-in Minsk qrupunun
həmsədrləri oktyabrın 7-də Bakıda Azərbaycan Prezidenti İlham
Əliyevlə, bir gün əvvəl isə İrəvanda Ermənistan prezidenti Serj
Sarkisyanla görüşəndən sonra birgə bəyanat yaydı.
Bəyanatda həmsədrlər prezidentlərin görüşməsi istiqamətində
müzakirələr apardıqlarını və hər iki liderin danışıqların
yenilənməsi məqsədilə görüşə hazır olduqlarını qeyd etdilər.
Ermənistan isə narahatdır. İşğalçı ölkədə hesab
edirlər ki, həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmasını
dilə gətirməməsi onlar üçün yaxşı gələcək vəd
etmir.
Bakı şərtləri irəli sürdü, İrəvan qəbul etdi - Prezidentlər GÖRÜŞƏ HAZIRLAŞIR
Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün
tarixi açıqlanıb. XİN-in mətbuat xidmətindən verilən
məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi
əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
prosesini müzakirə etmək üçün Azərbaycan və Ermənistan
prezidentlərinin 16 oktyabr 2017-cı il tarixində Cenevrədə görüşü
keçiriləcək.
Ehtimallar var ki, bu görüş Dağlıq Qarabağ
münaqişəsinin uzanmasında son ola bilər: ya razılaşma əldə
ediləcək, ya da müharibə başlayacaq. Rusiyalı
politoloq Qriqori Trofimçuk da bu fikrin tərəfdarıdır.
İrəvan iki YOL AYRICINDA: 3 gün sonra Qarabağla bağlı NƏLƏR BAŞ VERƏCƏK?
Oktyabrın 11-də Rusiyanın Soçi şəhərində MDB dövlət
başçılarının sammiti keçirilib. İlk olaraq MDB Dövlət
Başçıları Şurasının məhdud tərkibdə iclası olub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
İclasın sonunda sənədlərin imzalanması mərasimi olub. Ümumilikdə,
qurumun fəaliyyəti ilə bağlı 18 sənəd imzalanıb.
"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan oktyabrın
30-da Bakıya gələcək". Bunu Türkiyənin Azərbaycandakı
səfiri Erkan Özoral deyib. O bildirib ki, səfər çərçivəsində
Türkiyə və Azərbaycan arasında yüksək səviyyəli görüş
keçiriləcək.
Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir
Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli
görüşün tarixi bəlli olub. İranın Azərbaycandakı
səfirliyinin mətbuat xidməti bildirib ki, görüş bu il noyabrın 1-də
Tehranda baş tutacaq. M. Nəcəfi bildirib ki, görüşdə ölkələr
arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.
Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.
Ermənistan
Rusiya Ermənistana müasir silahlar və hərbi
texnikanın alınması məqsədi ilə 100 milyon dollarlıq yeni kredit
verəcək. Razılaşmaya uyğun olaraq, kredit Ermənistana
20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi
ilə güzəştli olması nəzərdə tutulub. Kredit razılaşmasına əsasən,
Ermənistan Müdafiə Nazirliyi və Rusiyanın “Rosoboroneksport” Açıq
Səhmdar Cəmiyyəti arasında ayrı müqavilələr bağlanacaq, silahların
və hərbi texnikanın çatdırılmasının müddətləri
uyğunlaşdırılacaq.
Xatırladaq ki, 2015-ci ildə Moskva Ermənistana silahların və
hərbi texnikanın alınması üçün 10 illik müddətə 200 milyon dollar
kredit verib.
Ermənistan hökuməti bugünkü iclasında Rusiyanın İrəvana 100
milyon dollar həcmində hərbi krediti verməsi layihəsini təsdiq
edib.
Türkiyə, İran, Yaxın Şərq
Azərbaycanın Ermənistan tərəfindən işğal edilən
Dağlıq Qarabağ bölgəsinə səfər edən 4 Türkiyə vətəndaşından biri,
HDP-nin keçmiş millət vəkili Ufuk Urasın FETÖ terror təşkilatının
lideri Fətullah Gülənin adamı olduğu deyilir.
Türkiyədə Vətən Partiyasının lideri, “dərin dövlət”ə bağlı
olduğu deyilən Doğu Perinçekin bir müddət öncə açıqladığı faktlar
bu kontekstdə diqqət çəkir.
“Dərin dövlət”in adamı de-şifrə etdi: Qarabağa səfər edən türklər... – BÖYÜK OYUN
Türkiyə Silahlı Qüvvələri oktyabrın 12-də axşam
saatlarında Suriyanın İdlib vilayətinə daxil olub.
Türkiyə Silahlı Qüvvələri Baş qərargahından verilən məlumata görə,
oktyabrın 13-də ilk nəzarət məntəqələrin qurulmasına
başlanılıb.
Türkiyə “Fərat qalxanı” ilə miqrantlar üçün
təhlükəsizlik bölgə yaratmağa nail oldu. İdlib əməliyyatının
məqsədi isə çoxvektorludur.
Türkiyənin başlatdığı İdlib əməliyyatının hədəfləri belə
sıralana bilər:
Ordu hərəkətə keçdi, müharibə başladı - CİA-nın bölgədə ŞOK PLANI
Türkiyə cənub sərhədlərində ABŞ-ın dəstəyi ilə
PKK/PYD terror təşkilatının qurmaq istədiyi “terror dəhlizi”ni dörd
mərhələli əməliyyatla yerlə bir edəcək. Türkiyənin
İraq və Suriyanın şimalında “terror dəhlizi” oyununa qarşı tətbiq
edəcəyi uzunmüddətli hərbi planının detalları ortaya çıxıb.
Qardaş ölkə ABŞ-ın “böyük oyunu”nu 4 hücumla alt-üst edəcək - Hərbi planın DETALLARI
Şimali İraq kürd muxtariyyətində keçirilən
müstəqillik referendumundan Bağdad və Ankara Ərbilə qarşı ardıcıl
addımlar atır. Bu addımlardan biri də kürd
muxtariyyətinə birbaşa açılan Habur sərhər keçid məntəqəsinin
Ovaköy sərhəd-keçid məntəqəsi ilə əvəzlənməsidir.
Bununla da, İraq və Türkiyə arasında ticarətdə kürd muxtariyyəti
“ofsayd”a salınır. Ekspertlərin fikrincə, Ankara və Bağdad
aşağıdakı strateji qazanclar əldə edəcək.
Yəhudilərin layihəsi sıradan çıxarılır: Türkiyənin “tək qapı” HƏMLƏSİ
Türkiyənin İdlib əməliyyatından sonra Afrinə
müdaxilə ehtimalını nəzərə alan PYD (PKK terror təşkilatının Suriya
qanadı – red.) döyüş hazırlıqlarına başlayıb.
Silah-sursat və şəxsi heyət toplayan PYD əhaliyə məcburi şəkildə
hərbi təlim keçir.
Türkiyə ilə müharibə hazırlığı BAŞLADI
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib
vilayətinə girməsindən təlaşa düşən PKK/PYD (PYD PKK terror
təşkilatının Suriya qolu hesab olunur –red.) terror təşkilatı
oktyabrın 8-da Suriyanın şimalında 4 ayrı toplantı
keçirib. Afrin, Tel-Abyad, Münbiç və Ayn əl-Arabda
keçirilən toplantılarda Türkiyə ilə sərhədin bütün hissələrində
hərbi güclərin möhkəmləndirilməsi barədə qərar qəbul edilib.
İdlibə daxil olan “Mehmetcik”in əsl hədəfinin Afrin və PKK
olduğu vurğulanan toplantılarda terror təşkilatının rəhbərliyi
döyüşçülərinə “Savaşa hazır olun!” təlimatı verib.
“Ölüm qrupları” Türkiyəyə göndərilir - Genişmiqyaslı hücum ƏMRİ VERİLDİ
ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini
dayandırması cavabsız qalmayıb. Türkiyə də ABŞ
vətəndaşlarına viza verilməsini dayandırıb. Xatırladaq ki,
oktyabrın 8-də ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini
dayandırıb. Buna səbəb bu günlərdə ABŞ-ın İstanbuldakı baş
konsulluğunun əməkdaşının həbsi olub. Qərarın qeyri-müəyyən müddətə
qədər qüvvədə qalacağı bildirilir.
ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ
ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.
Türkiyə və ABŞ arasında viza problemi ölkələr
arasındakı münasibətləri getdikcə gərginləşdirir.
Ölkələr arasında münasibətlərin inkişafı Rusiyada daha diqqətlə
izlənilir. Təxminlərə görə, Vaşinqton-Ankara xəttində gərginliyin
təməl səbəblərindən biri məhz son zamanlar Rusiya və Türkiyə
arasındakı yaxınlaşmadır.
Viza problemini qiymətləndirən “Rossia Today” (RT) kanalının
rəsmi saytının köşə yazarı İqor Molotov Türkiyənin gerçək
müstəqillik yolunda addımlar ataraq Yaxın Şərqin təməl gücü halına
gəldiyini bildirib.
Ölümlər, ölkənin parçalanması, Ərdoğanı əvəz edəcək ŞƏXS... - Türkiyə üçün DƏHŞƏTLİ SSENARİ
Ankara və Vaşinqton viza böhranının həll edilməsi
üçün birlikdə çalışacaq. Bu haqda Türkiyə Baş
nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib. Onun
sözlərinə görə, iki ölkənin nümayəndə heyətləri qarşıdakı günlərdə
görüşərək mövzunu müzakirə edəcəklər.
"ABŞ Türkiyəni mühasirəyə almaq və şir kimi
əhliləşdirmək istəyir”. Bunu Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğan Ankarada valilər qarşısında çıxışında deyib.
Ərdoğan: “Onlar güclü Türkiyəni tanımırlar”
“Qərbin Türkiyədə dövlət çevrilişi planı uğursuz
oldu, lakin buna yenə cəhd edəcəklər. Ərdoğan da bunu çox yaxşı
bilir”. Bu barədə rusiyalı hərbi ekspert İvan
Konovalov deyib.
Rusiyalı ekspertin sözlərinə görə, Türkiyə İdlibə daxil olmaqla
ən ağır əməliyyatı üzərinə götürdü.
“Qərb Ərdoğana qarşı yenə çevriliş cəhdi edəcək. Bu şübhəsizdir.
Türkiyə ilə bağlı əsas hədəflərdən biri budur. İlk cəhd uğursuz
oldu, lakin yenə cəhd edəcəklər. Qərb Ərdoğandan “qurtulmaq” üçün
mütləq bunu etməyə çalışacaq. Ərdoğan Rusiya ilə Suriya
məsələsində, İdlib kimi ən çətin məsələdə anlaşdı. Əgər Ərdoğanı
devrilərləsə, onda bütün İdlib bölgəsi partlayar”, - deyə o
bildirib.
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə
komitənin sədr müavini Dmitri Novikov Türkiyə prezidenti Rəcəb
Tayyib Ərdoğanın Krımla bağlı bəyanatını şərh edib.
Parlament üzvü Ərdoğanın bəyanatının Moskvaya bir dərs olduğunu
deyib.
“Bu artıq bir dərsdir və Türkiyə ilə hansısa uzunmüddətli
münasibətlərin qurulmasının çox ağır olduğunu göstərir. Hakimiyyət
dəyişikliyi zamanı, hətta eyni prezidentin dövründə xarici siyasət
kursunda döngələr ola bilər. Amma, prinsip etibarilə, Krım
məsələsində Türkiyə heç vaxt Rusiyanın müttəfiqi olmayıb. Sadəcə
nəzərə almaq lazımdır ki, türk siyasəti barəsində illüziyalar
olmasın”, - Novikov bildirib.
Xatırladaq ki, Türkiyə prezidenti dünən ukraynalı həmkarı Petro
Poroşenko ilə Kiyevdə görüşündən sonra keçirdiyi mətbuat
konfransında Ankaranın Ukraynanın ərazi bütövlüyü və müstəqilliyini
dəstəklədiyini, Krımın Rusiya tərəfindən ilhaqını tanımadığını
vurğulayıb.
Birgə istehsal haqqında razılaşma əldə olunmasa,
Türkiyə Rusiyadan S-400 zenit-raket sistemlərinin alınmasından
imtina edə bilər. Bunu Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlu Rusiya və Türkiyənin birgə istehsal mövzusunda
prinsipcə razılaşdığını söyləyib. Türkiyə xarici işlər nazirinin
sözlərinə görə, birgə istehsal mövzusunda təklif məhz Rusiya
prezidenti tərəfindən dilə gətirilmişdi.
Türkiyə bundan imtina edə bilər - Moskvaya ŞOK
Rusiyanın S-400 zenit-raket komplekslərinin alınması
ilə bağlı problem yoxdur. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan
bildirib. “Birinci mərhələdə birgə istehsal
olmayacaq, ikinci mərhələdə bu istiqamətdə addımları atacağıq.
Putinlə (Rusiya prezidenti Vladimir Putin –red.) danışıqları
S-400-lə bitirməyi düşünmürük, S-500-lər haqqında da müzakirələr
aparacağıq. Dünyada “Patriot” (ABŞ istehsalı olan hava hücumundan
müdafiə sistemi –red) artıq istifadədən çıxır”, - prezident
deyib.
ABŞ bunu gözləmirdi - Ərdoğandan S-500 AÇIQLAMASI
Ağ Ev ABŞ prezidenti Donald Trampın İran üzrə yeni
strategiyasının əsas müddəalarını elan edib. Yeni
strategiyanın hədəfi İranın Yaxın Şərqdə təcavüzünün və stabilliyi
pozan hərəkətlərinin qarşısını almaqdır.
Tramp qonşumuza hücum PLANINI AÇDI: 5 bəndlik STRATEGİYA REALLAŞIR
ABŞ İranın nüvə proqramı üzrə yeni razılaşmanın
üzərində işə başlamaq istəyir. Bu haqda ABŞ-ın dövlət
katibi Reks Tillerson bildirib.
Tillerson həmçinin ABŞ-ın nüvə sazişindən çıxışını istisna
etməyib. “Hesab edirik ki, bu sazişi yenidən işləmək lazımdır.
Mümkündür ki, biz onu daha yaxşı formaya gətirə bilməyəcəyik. Əgər
bunu bacarmasaq, ehtimal ki, sazişdən çıxacağıq”, - dövlət katibi
qeyd edib.
Tillerson həmçinin bildirib ki, İranın nüvə proqramı üzrə
razılaşmanın yenidən baxılmasına razılaşacağını ağlasığmaz hesab
edir.
ABŞ oktyabrın 13-də İran İslam İnqilabi Keşikçilər
Korpusuna (SEPAH) qarşı sanksiyaları daxil edib. Bu
haqda ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən bəyanatda
deyilir.
Məlumata görə, SEPAH terror dəstəkləyən təşkilatların siyahısına
əlavə edilib. Qeyd edək ki, SEPAH-ın tərkibində 100 mindən çox
hərbçi var.
İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”)
ABŞ tərəfindən terror təşkilatı siyahısına daxil edilməsi İrana
qarşı müharibə elanı anlamına gələcək. Bunu İran Atom
Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bildirib.
O, həmçinin bildirib ki, ABŞ İranla imzalanan nüvə
razıaşmasından çəkiləcəyi halda, beynəlxalq arenada doğuracaq
nəticələrə də hazır olmalıdır. Əli Əkbər Salehi İranın ABŞ-ın
davranışına uyğun qərarlar qəbul edəcəyini deyib.
“Şimali İraqda kürd referendumu təkcə İraqı deyil,
bütün bölgəni qanlı müharibəyə sürükləyəcək”. Bu
barədə İraq Türkman Cəbhəsinin lideri Erşad Salihi deyib.
Salihi Türkiyənin bu istiqamətdə təcili addım atmalı olduğunu
vurğulayıb. E.Salihi əlavə edib ki, Bərzani belə davam edərsə,
bölgədə böyük müharibə başlayacaq.
Dəhşətli müharibə başlayacaq və heç kim... - "Təcili addım atılmalıdır"
Oktyabrın 13-də İraq ordusu Kərkükün Peşmərgədən
(Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələri -red.) azad
edilməsi üçün əməliyyata başlayıb. Bu haqda İraq Müdafiə
Nazirliyindən bildirilib.
Eyni zamanda dünən Kərkükə xeyli sayda Peşmərgənin göndərildiyi
bildirilir.
Dünən yayılan xəbərə görə, Haviceyi İŞİD-dən təmizləyən 50
minlik İraq ordusu Ərbilin nəzarətindəki Mosul, Kərkük, Diyala,
Dayrabun və Bacidə yönəlib. İraqın bölgəyə daha 70 minlik güc
göndərəcəyi bildirilir.
Xatırladaq ki, İraq parlamenti sentyabrın 27-də baş nazir Heydər
əl-İbadiyə Kərkükə qoşun göndərmək səlahiyyəti verib.
Neft uğrunda savaş BAŞLADI
ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri
ABŞ prezidenti Donald Trampın hərəkətləri III Dünya
müharibəsinin başlamasına gətirib çıxara bilər. Bunu
respublikaçı senator, Senatın beynəlxalq məsələlər üzrə komitəsinin
sədri Bob Korker “Nyu York Tayms” nəşrinə bildirib. Onun sözlərinə
görə, Tramp öz administrasiyasınin işinə “Stajer” şəxsi şousuna
oxşar realit-şou kimi baxır.
Korker həmçinin Trampı Tvitter hesabında yazdığı statuslarına
görə tənqid edib. Senatorun fikrincə, bu statuslar ABŞ-ın
diplomatik səylərinə ziyan vurur.
ABŞ Senatının demokrat üzvü Brendan Boyl Livanın
“Hizbullah” təşkilatına verdiyi dəstəyə görə Rusiya barəsində yeni
sanksiyaların tətbiqini təklif edib. Senatorun
hazırladığı sənəd Nümayəndələr Palatasının beynəlxalq işlər üzrə
komitəsində bəyənilib.
“Rusiya “Hizbllah” təşkilatına müasir silahlarla dəstək verərək
onun nüfuzunu və gücünü artırır. Nəticədə, İsrail kimi
müttəfiqlərimizə və regionun bütün günahsız vətəndaşlarına zərər
verir”, - Boyl qeyd edib.
Sənəddə Rusiyaya qarşı məhz hansı məhdudiyyətlərin təklif
edildiyi göstərilməyib.
ABŞ-ın Rusiyadakı Baş konsulluqlarından biri bağlana
bilər. Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali
Amerika departamentinin direktoru Georgi Borisenko qeyd edib ki,
Moskva Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyəti ətrafında
vəziyyətlə əlaqədar cavab ölçülərinin müxtəlif variantlarına
baxır.
“Moskvanın cavabına gəlincə, biz artıq açıq şəkildə dedik ki,
diplomatiyada qarşıqlılığın dəyişməz prinsipi mövcuddur. Bu haqda
amerikalılar da əla bilirlər”, - agentlik Borisenkonun sözlərini
sitat gətirib.
Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki
Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni
məhdudiyyətlər elan edib. Bu məhdudiyyətlərə əsasən,
San-Fransiskodakı Rusiya Baş konsulluğu, eləcə də Vaşinqton və Nyu
Yorkdakı konsulluq obyektləri bağlanıb.
Rusiya xüsusi xidmət orqanlarının ABŞ Milli
Təhlükəsizlik Agentliyinin (NSA) məxfi informasiyalarını ələ
keçirməsi faktının Vaşinqton tərəfindən necə öyrənilməsi məlum
olub. Bu haqda “Vaşinqton Post” nəşri yazıb.
ABŞ Rusiya hakerlərini necə ifşa etdi? - ŞOK İDDİA
ABŞ-ın Cənubi Koreyada yerləşdirdiyi THAAD raketdən
müdafiə sistemləri Rusiya və Çinə qarşı yönəlib. Bunu
“RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Georgi Borisenko söyləyib. Onun
sözlərinə görə, Vaşinqton formal olaraq bu sistemləri Şimali Koreya
bəhanəsi ilə genişləndirir:
“Məsələ ondadır ki, bu sistemlər Şimali Koreyaya mane olmaq
imkanına malik deyil. Koreya yarımadasında sərhəd elə bir
nöqtədədir ki, Seul uzunmənzilli artilleriyanın radiusunda
yerləşir. THAAD heç bir artilleriya mərmisini ələ keçirmək
imkanında deyil”.
Rusiya diplomatik mülkiyyəti barəsində Vaşinqtonun
hərəkətlərinə cavab veriləcək. Bu haqda Rusiya Xarici
İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya diplomatik mülkiyyəti olan binaların
üstündən Rusiya bayraqlarının götürülməsi Moskva tərəfindən təhqir
kimi qiymətləndirilir.
“Artıq ABŞ-a qətiyyətli şəkildə etirazı bildirilib. Əlbəttə,
bayraqların çıxarılmasına Rusiya tərəfi heç bir razılıq verməyib”,
- o vurğulayıb.
Zaxarova qeyd edib ki, Vaşinqton Moskva ilə münasibətləri şüurlu
şəkildə dağıdır. Xatırladaq ki, sentyabrın əvvəlində ABŞ Vaşinqton
və Nyu-Yorkda Rusiyanın ticarət nümayəndəlikləri, San-Fransiskoda
isə Baş konsulluğu bağlayıb. Daha sonra isə bu binaların üzərindən
Rusiya bayraqları götürülüb.
ABŞ Baltikyanı ölkələrlə Rusiya sərhədinə 2 zirehli
tank briqadası yerləşdirilib. Bu barədə Rusiya
Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenko bildirib.
Onun sözlərinə görə, Rusiya və Belarusun birgə təşkil etdiyi
“Qərb-2017” təlimləri Avropa ölkələri tərəfindən narahatlıqla
qarşılanıb:
“Onlar fikrincə, guya Rusiya əsas texnikalarını Belarusda
saxlayıb və istənilən vaxt Avropaya zərbələr endirəcək. Rus
fobiyası NATO və Avropa Birliyini, əsasən də Polşanı qorxuya salıb.
Bunun üçün Polşa ABŞ-a müraciət edib və Vaşinqton Rusiya ilə
sərhədə iki tank briqadası yerləşdirmək qərarına gəlib”.
ABŞ-ın Polşa və Baltikyanı ölkələrində hərbi
mövcudluğunu gücləndirməsinə cavab olaraq NATO-Rusiya əsas aktını
tərk etməyimiz istisna deyil. Bu barədə Rusiya
Federasiya Şurasının üzvü Frants Klintseviç danışıb. Klintseviçin
sözlərinə görə, belə bir qərarı yalnız ölkənin Silahlı Qüvvələrinin
Ali Baş Komandanı Vladimir Putin verə bilər.
“Aydın məsələdir ki, ABŞ Rusiyanın aktı tərk etməsi üçün əlindən
gələni edir”, - Klintseviç bildirib.
ABŞ-ın Baltikyanı ölkələrdə hərbi varlığına
artırmasına adekvat cavab olaraq Rusiya Kalininqradda daha çox
İsgəndər raketləri yerləşdirə bilər. Bu sözləri
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Vladimir
Şamanov deyib.
“Bu məsələyə sıradan yanaşmayacağıq. Mütləq lazımi tədbirlər
görüləcək. Mümkündür ki, Qərb sərhədlərində Rusiya hərbi
qüvvələrinin təchizatı gücləndirilsin”, - Rusiya rəsmisi
bildirib.
ABŞ Müdafiə Naizrliyi (Pentaqon) ani qlobal zərbə
komplekslərinin yaradılmasına başlayıb. Bu haqda Rusiyanın Müdafiə
Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov
bildirib.
Bu ilin iyun ayında ABŞ “The National Interest” nəşrində deyilir
ki, dünyada yalnız bir şəhər – Moskva nüvə döyüş başlıqlı
raketlərlə qorunur. Məqalədə deyilir ki, Rusiya paytaxtı planetdə
“nüvə çətiri” altında olan tək yaşayış məntəqəsidir.
ABŞ-dan Rusiyaya ani ZƏRBƏ QƏRARI – Ordu komandanlığı MƏHV EDİLƏCƏK
Rusiya və ABŞ-ın münasibətləri bu gün o qədər aşağı
səviyyəyə enib ki, çoxlar yeni Karib böhranı haqqında danışmağa
başlayıblar. Bu fikirlər “Rusiya bu gün” beynəlxalq
informasiya agentliyinin təşkil etdiyi “Karib böhranı və müasir
reallıqlar” dəyirmi masasında ifadə edilib.
ABŞ öz hökmranlığı üçün... - Dünya 100 il əvvələ QAYIDIR
Koreya böhranı
Cənubi Koreya hərbçiləri Koreya Xalq Demokratik
Respublikası (KXDR) tərəfindən təxribat olacağı halda, təcili
əməliyyatlara hazırdır. Bu haqda öz mənbəyinə
istinadən “Renxap” agentliyi bildirib.
Ordu Şimali Koreyaya qarşı təcili əməliyyatlara hazırdı - MƏNBƏ
Hakerlər Cənubi Koreyada Şimali Koreya ilə
genişmiqyaslı müharibə planlarını oğurlayıb.
Oğurlanmış məlumatların həcmi təxminən 235 GB təşkil edir.
Məlumatlarda Seul və Vaşinqtonun müharibə planları yer alıb.
Orada Pxenyanla müharibənin necə qazanılması və Şimali Koreya
lideri Kim Çen Inın “başının kəsilməsi”ndən təfərrüatı ilə
danışılır.
Şimali Koreya hakerləri kiberhücumda şübhəli bilinirlər. Cənubi
Koreyalı deputat Ri Çxol-Xi Müdafiə Nazirliyinə istinadən iddia
edib ki, 5015 və 3100 saylı operativ məxfi planlar Pxenyanın
maliyyələşdirdiyi hakerlər tərəfindən oğurlanıb.
Yerli xəbərlərə əsasən, hakerlər həmçinin Amerika-Cənubi Koreya
hərbi təlimləri, Cənubi Koreya elektrik stansiyaları və hərbi
obyektlər haqqında məlumatları əldə edə biliblər.
Ukrayna
Ukraynanın “Sağ sektor” Partiyasının keçmiş lideri
Dmitri Yaroş Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş
ərazilərinin Kiyevin nəzarəti altına qayıdacağı dəqiq tarixi
açıqlayıb. Ali Radanın üzvünün fikrincə, bu, 2018-ci
ilin aprelində olacaq. D. Yaroş hesab edir ki, bu, aprelin 20-nə
kimi mümkün ola bilər.
2018-ci ilin... - Torpaqların qaytarılacağı dəqiq tarix AÇIQLANDI
Kriminal avtoritet Vladimir Tyurin Rusiya Dövlət
Dumasının keçmiş deputatı Denis Voronenkovun qətlinin
sifarişçisidir. Bu haqda brifinqdə Ukraynanın Baş
prokuroru Yuri Lusenko bildirib.
Kriminal avtoritet 8 il əvvəlki arvadının… - Deputatın qətlində ŞOK DETALLAR - VİDEO/FOTO
"Minsk formatı Donbas üzrə danışıqlarda perspektivə
malik deyil və dəfn edilməlidir". Bunu Rusiya
prezidenti Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov
“Bu gün” (“Seqodnya”) nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, münaqişənin həlli üzrə yeni format
yaradılmalıdır. İllarionov ABŞ və Böyük Britaniyanın cəlb edilməsi
ilə Budapeşt formatını mümkün variantlardan biri hesab edir.
“Torpaqların azad edilməsi üçün...” - Putinin keçmiş məsləhətçisindən yeni TƏKLİF
Kiyev Krımın statusu üzrə yeni referendum keçirməyə
hazırdır. Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko
oktyabrın 11-i Strasburqda, Avropa Şurası Parlament Assambleyasının
(AŞPA) sessiyasında çıxışı zamanı deyib.
Poroşenkodan Krımla bağlı YENİ TƏKLİF: “Krımın statusu...”
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa
vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti
Pyotr Poroşenkonu xalqın dörd əsas tələbini yerinə yetirməyə
çağırıb. Saakaşvili bu haqda “Ukraynskaya Pravda”
internet nəşrinin saytında dərc etdiyi məqaləsində bildirib.
Onun sözlərinə görə, bu tələblərə korrupsiya ilə mübarizə,
biznesin satışı haqqında vədin icrası, yeni seçki
qanunvericiliyinin qəbulu və mənzil-istismar xidmətlərinin
tariflərinin azaldılması daxildir. Keçmiş qubernatorun fikrincə,
Ukrayna ictimai-iqtisadi uçurum həddindədir. O hesab edir ki, əgər
hakimiyyət öz siyasətini dəyişdirməsə, Ukraynanı idarəolunmaz
sosial partlayış gözləyir.
Saakaşvilinin sözlərinə görə, sözügedən tələblərin yerinə
yetirilməsi ölkədə vəziyyəti düzəltməyə kömək edə bilər.
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa
vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili oktyabrın 17-də
öldürülə bilər. Krım tatar televiziyası ATR-in baş
direktor müavini Ayder Mujdabayev feysbuk səhifəsində yazıb.
Saakaşvili bu tarixdə öldürülə bilər - ŞOK İDDİA
Kataloniya
Kataloniya generalitetinin rəhbəri Karles Puçdemon
referendumun keçirilməsindən sonra regionun müstəqillik
bəyannaməsini imzalayıb. Lakin sənəd indi qüvvəyə
minməyəcək.
Kataloniya rəhbərliyi yaxın vaxtlarda Madrid ilə danışıqlar
aparmağa hazırlaşır. Puçdemon bildirib ki, danışıqlar bir neçə
həftə vaxt apara bilər. İspaniya hakimiyyəti Puçdemonun bəyanatına
hüquqi və siyasi şəkildə cavab verməyə hazırdır.
İspaniya Kataloniyanın özünüidarəetmə hüququnu ləğv
etməyə qərar verib. Bu barədə İspaniya Baş naziri
Mariano Raxoy danışıb.
“İspaniyada Kataloniyanın özünüidarəetmə hüququnun ləğv
edilməsini nəzərdə tutan konstitusiya maddəsi qüvvəyə minir”, - baş
nazir deyib.
Qeyd edək ki, dünən Kataloniya Baş naziri Karlos Puçdemon, onun
müavini Oriol Junkeras, eləcə də Kataloniya parlamentinin spikeri
Karme Forkadel müstəqillik bəyannaməsinə imza atıblar.
İspaniyada Kataloniya muxtar vilayətindən sonra
Avropada separatizm dalğası sürətlə yayılmaqdadır.
Şotlandiya Milli Partiyasının (SNP) sədr müavini Angus Robertson
Şotlandiyanın Böyük Britaniyadan ayrılması üçün yeni bir
referendumun keçiriləcəyini bildirib.
Partiya bu il ərzində keçirilən seçkilərdə Birləşmiş Krallığın
parlamentində Şotlandiya üçün ayrılan 56 yerdən 31-ini qazanmağı
bacarmışdı.
Xatırladaq ki, Şotlandiya 2014-cü ildə müstəqillik referendumu
keçirib. Lakin əhalinin əksəriyyəti krallığın tərkibində qalmağa
səs verib. Ancaq “Breksit”dən sonra Şotlandiyada müstəqillik
tələbləri yenidən səslənməyə başlanıb.
Qeyd edək ki, Kataloniyada oktyabrın 1-də keçirilən referendumda
əhalinin əksəriyyəti müstəqilliyə səs verib. Bundan ruhlanan
Almaniyanın Bavariya Partiyası müstəqillik tələbi ilə çıxış edib.
Adıçəkilən bölgə Almaniyadan ayrılaraq müstəqillik statusu qazanmaq
istəyir.