İbrahim Tatlısəs həmkarı Günel Zeynalovaya öz mahnısını oxumağa icazə verməyib.
Metbuat.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat verib. Qardaş ölkədə "Azəri qızı" ləqəbilə tanınan Günel Zeynalova atası qədər çox istədiyi İbrahim Tatlısəsə küskün olduğunu deyib. Bu yaxınlarda keçirdiyi burun əməliyyatından sonra tanınmaz hala düşən Günel, Tatlısəsdən küsməsinin səbəbini belə izah edib:
"Özündən bir mahnı istədim. Əvvəl "Yaxşı" dedi, sonra imtina etdi. İşçilərindən biri mənə dedi ki, İbrahim Tatlısəs mahnını mənim oxumağımı istəmir. Mən də Yıldız Tilbeden mahnı istədim, o da mənə hədiyyə olaraq verdi". //Publika.az
| Nisə Qasımova: "116 il də yalanla yaşamaq olar” - VİDEO - Oxumaq üçün tıkla |