Azərbaycanda sosial şəbəkələr bağlana bilər?

“Azərbaycanda təxmin 2 milyondan çox istifadəçi sosial mediada aktiv fəaliyyət göstərir”.

Bunu Metbuat.az-a açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

“İctimai rəyə təsir baxımından Azərbaycanda ən inkişaf etmiş sosial şəbəkə “Facebook”dur. Son dövrlərdəki dinamik inkişafına görə, “instagram”, daha sonra “Youtube”, “Twitter” gəlir".

Osman Gündüz “Twitter”in ölkəmizdə zəif inkişafının səbəblərindən danışıb:

“Digər sosial şəbəkələrlə müqayisədə burada xidmətlər məhduddur. “Twitter”in sadəcə sürətli xəbər paylaşmaq imkanı var. Düşünürəm ki, gələcəkdə daha az yazı yazmaqla fikirini auditoriyaya çatdırmaq istəyənlərin sayı artacaq və bu sosial şəbəkə də digər ölkələrdə olduğu kimi məşhurlaşacaq”.

Məlumdur ki, Çində "Facebook" qadağan olunub. "Facebook" ilk dəfə olaraq 2009-cu ilin iyulunda blok olunub. Səbəbi siyasi faktorlarla bağlıdır. Texniki olaraq, 2013-cü ilin sentyabr ayından qadağa məhdud şərtlər ilə götürülüb. Şanxayda bəzi ticarət sahələrini və xarici investorların yaşadığı məkanları çıxsaq, əhali hələ də blokun aradan götürülməsini gözləyir.

“Facebook”un bağlandığı digər ölkə İrandır. 2009-cu ildəki prezident seçkisindən sonra ölkədə müxalifətin birləşməsi əsas gətirilərək "Facebook"a giriş kəsilib. Daha sonra "Twitter" bağlanıb. 2013-cü ilin sentyabrda hər iki sayta girişə icazə verilib.

Bəs, Azərbaycanda sosial şəbəkələrdən istifadəyə qadağa nə zaman qoyula bilər?

Osman Gündüz deyib ki, KİV və qanunvericiliklə bağlı müddəalar var ki, onların tələbləri pozulduqda (böhtan, təhqir) həmin sosial şəbəkəni işlədən istifadəçi birbaşa məsuliyyət daşıyır. Qadağa məsələsinə gəldikdə, Azərbaycanda sosial medianın fəaliyyəti sərbəstdir.

Aysel Yaqubqızı / Metbuat.az

https://metbuat.az/news/805966/facebook--da-yemek-sifaris-etmek-mumkun-olacaq.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR