Azərbaycanın U-17 milli komandası seçmə mərhələni qələbə ilə başa vurub

Azərbaycanın U-17 milli komandası seçmə mərhələni qələbə ilə başa vurub
21:42 16 Oktyabr 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Sofiya. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində üçüncü oyununu keçirib.
"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, Bolqarıstanın Qorna Oryaxovitsa şəhərindəki "Lokomotiv" stadionunda meydan sahibi ilə qarşılaşan Mirbağır İsayevin rəhbərlik etdiyi kollektiv 2:1 hesabı ilə qələbə qazanıb.
Millimizə 3 xalı qazandıran hər iki topu rəqib qapısından Turan Vəlizadə keçirib. XI qrupdan növbəti mərhələyə vəsiqəni özləri üçün artıq təmin edən İrlanidya və Ukrayna milliləri arasında formal xarakter daşıyan oyun isə 2:1 hesabı ilə birincilərin qələbəsi ilə başa çatıb. Beləliklə, XI qrupda İrlandiya 9 xalla ilk pilləni, Ukrayna 7 xalla isə 2-ci pilləni tutub. 
Bolqarıstan üzərində qələbə ilə Azərbaycan millisi 3 xalla 3-cü yerdə qərarlaşab. Meydan sahibləri seçmə mərhələni xalsız başa vurublar.
16 oktyabr
XI qrup
Bolqarıstan U-17 – Azərbaycan U-17 – 1:2
Qollar: T. Vəlizadə, 18, (1-0), Nikolov, 45, (1-1), T. Vəlizadə 80+2 (2:1)

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanin-u-17-milli-komandasi-secme-merheleni-qelebe-ile-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR