Bükülən iPhone göstəriləcək

Bükülən iPhone göstəriləcək
08:52 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"Apple" korporasiyası "LG" şirkəti ilə birgə bükülən "iPhone" smartfonlarının hazırlanması üzrə işə başlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "LG" şirkətində gələcək "iPhone" smartfonunun yaradılması üçün elastik OLED displeyin hazırlanması ilə məşğul olacaq mühəndislərdən ibarət ayrıca qrup yaradılıb. Eyni zamanda "LG Innotek" şirkətində elastik çap lövhəsinin hazırlanmasına məsul olan komanda yaradılıb.

Bu, "Apple" şirkətinin bükülən telefon çıxarmaq planı ilə bağlı yayılmış ilk şayiə deyil. Məsələn, 2016-cı ilin dekabrında "LG" şirkəti 2018-ci ildə bükülən ekranların istehsalına başlamaq planı haqda məlumat vermişdilər, həm də "Apple" şirkətin tərəfdaşlarından biridir. Anonim mənbə bildirib ki, 2020-ci ildə "iPhone" üçün bükülən ekranların istehsalına başlanıla bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/mobilt/590768.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR