Polis bölməsinə HÜCUM: 6 ölü, 30 yaralı

Polis bölməsinə HÜCUM: 6 ölü, 30 yaralı
11:48 17 Oktyabr 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətinin inzibati mərkəzi Qardez şəhərində polis bölməsinin qarşısında minalanmış iki avtomobil partladılıb.

Publika.az xəbər verir ki, bu haqda yerli hakimiyyətə istinadən “Röyters” agentliyi bildirib.

Hadisə nəticəsində ən azı 6 nəfər ölüb, 30-u yaralanıb. Avtomobillərə yerləşdirilən partlayıcı qurğuları kamikadzelər kənardan idarə edirdilər. Partlayışdan sonra kamikadzelər binaya hücum ediblər və polislərlə silahlı qarşıdurma baş verib.

Hücuma görə məsuliyyəti Taliban qruplaşması üzərinə götürüb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR