BAKI: Oğlanlar qızların soyunub-geyinmə otağına girdilər və...

Bakıda gənc oğlanlar məktəbdə qızların geyim otaqlarına daxil olub, oğurluq ediblər.

Metbuat.az bildirir ki, hadisə Xətai rayonu 261 saylı orta məktəbdə qeydə alınıb. Məktəbə daxil olan iki gənc oğlan otaqları gəzərək, oğurluq etmək istəyib. Qız uşaqlarının geyim otağını boş görən oğrular şagirdlərdən birinin mobil telefonunu oğurlayıblar.

Polisin araşdırması zamanı məlum olub ki, həmin gənclər bundan əvvəl başqa məktəblərə də daxil olaraq, bu şəkildə oğurluq ediblər.

Məktəbin direktor köməkçisinin hadisə ilə bağlı valideynlərə göndərdiyi səs yazısını təqdim edirik:

Qeyd edək ki, hadisə ilə bağlı məktəb rəhbərliyi ilə əlaqə saxladıq. Məktəbin direktoru bildirdi ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.

Məsələ diqqətimizdədir...

Xəyalə Məmmədova / METBUAT.AZ


“Azərbaycanda qeyri-neft sektorunda irəliləyişlər var” - VAHİD ƏHMƏDOV – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR