Belarus şirkəti Azərbaycana ixrac etdiyi məhsulların həcmini 2 dəfədən çox artırıb

Belarus şirkəti Azərbaycana ixrac etdiyi məhsulların həcmini 2 dəfədən çox artırıb
20:12 17 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Belarusun "Bellesbumrom" şirkəti Azərbaycana ixrac etdiyi məhsulların həcmini bu ilin yanvar-avqust aylarında 2,3 dəfə artırıb.
"Report"un BELTA-ya istinadən verdiyi məlumata görə, şirkət bu ilin 8 ayında ölkəyə 9,44 mln. dollar (ötən ilin analoji dövrünə görə 2,3 dəfə çox) həcmində məhsul göndərib.
İxrac mallarının 54%-ni taxta-şalban və faner, ağac-yonqar və ağac-lif qarışıqlı plitələr təşkil edib. Bundan başqa, şirkət Azərbaycana divar kağızı, mebel, kibrit, kağız, qapılar, karton, pəncərə və digər taxta məmulatlar da tədarük edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/belarus-sirketi-azerbaycana-ixrac-etdiyi-mehsullarin-hecmini-2-defeden-cox-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR