Ukrayna müxalifəti parlamentin binası qarşısında aksiyaları davam etdirəcək

Ukrayna müxalifəti parlamentin binası qarşısında aksiyaları davam etdirəcək
15:37 18 Oktyabr 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Ukraynada müxalifət tərəfdarları parlamentinin binası qarşısında piketi sabah da davam etdirəcəklər.
“Report” UNİAN-a istinadən xəbər verir ki, hazırda qanunverici orqan olan Radanın önündə 200 nəfərin aksiya keçirilir.
Aksiyada 200-ə yaxın insan iştirak edir.
Məlumata görə, Kiyevin iki müxtəlif yerində çadır quraşdırılıb. Aksiya iştirakçıları qeyd ediblər ki, tələbləri yerinə yetirilənədək meydanlarda qalacaqlar.
Parlamentin binasını yüzdən çox polis əməkdaşı qoruyur.
Qeyd edək ki, mitinq iştirakçıları islahatların keçirilməsini, Ukrayna prezidenti Petro Poroşenkoya qarşı impiçment prosedurunun başladılmasını tələb edirlər.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ukrayna-muxalifeti-parlamentin-binasi-qarsisinda-aksiyalari-davam-etdirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR