Hadise özündən 6 yaş balaca oğlanla görüşür - VİDEO

Hadise özündən 6 yaş balaca oğlanla görüşür - VİDEO
16:05 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Həyatında sevgini heç cür tapa bilməyən Hadise keçən il bir müddət birlikdə yaşadığı Hakan Sabancı ilə şansını yenidən sınayacaq.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, məşhur müğənni Hadise ilə Hakan Sabancının yenidən eşq yaşamağa başladığı iddiası maqazin gündəminə bomba kimi düşüb.

Star TV ekranlarında yayımlanan "Duymayan Kalmasın" proqramının aparıcısı Cengiz Semercioğlu cütlüyün Etilerdə bir restoranda səmimi görüntüləndiyini qeyd edib.

Qeyd edək ki, Ömer-Arzu Sabancı cütlüyünün oğlu Hakan Sabancı Hülya Koçyiğitin nəvəsi Aslışah Alkoçlar ilə 1.5 il eşqbazlıq edib, keçən il ayrılıb. Hakan Sabancı dekabrda Karaköydəki "Drone Club"da özündən 6 yaş böyük Hadise ilə əylənmişdi.

Hakan Sabancının 26 yaşı tamam olarkən, doğum günü partisinə qatılan Hadise gecədə DJ-lik edib, Tarkanın "Ölürüm Sana" mahnısını ifa etmişdi. Cütlüyün Mayamiyə tətilə yollandıqları da iddia edilmiştdi. Hadise ''Həyatımda sevgi yoxdur. Amma hər an, hər şey ola bilər'' deyərək hər kəsi çaş-baş salmışdı.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Hadise özündən 6 yaş balaca oğlanla görüşür


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR