Xalq artisti Arif Quliyev el şənliklərində özünü müğənni kimi də sınamaq qərarına gəlib.
Metbuat.az-ın məlumatına görə, aktyor bu barədə “APA TV”-nin “Show time” verilişində danışıb:
“Mən artıq fikirləşmişəm ki, bəsdir güldürdüm, danışdım. İndi də müğənnilik edəcəm. İstəyirəm ki, toylarda oxuyum. Ona görə də yeni mahnı yazdırdım. Həvəskaram, müğənni yanında oxumağa utanıram. Mən musiqili komediya fakültəsini bitirmişəm”.
Aktyor onu da əlavə edib ki, toy qiyməti elə də baha deyil.
Maşın şousunda qalmaqal baş verdi - VİDEO - Oxumaq üçün tıkla |