"Nar bilərziyi" salatının hazırlanması

Hər kəsin sevərək yediyi salatlardan biri də nar salatıdır.

Metbuat.az salatın hazırlanma qaydasını təqdim edir.

Lazım olan ərzaqlar:

300 qr toyuq filesi

150 qr soğan

300 qr kartof

300 qr çuğundur

50 qr qoz

1 ədəd böyük nar

Qoz, duz, mayonez

Hazırlanmasına gəldikdə isə, ərzaqları ayrı-ayrı qabda qaynadın. Daha sonra soğanı və toyuq ətini xırda-xırda doğrayıb duz vurun və azca yağda qovurun.

Qozu doğrayıb çuğunduru və kartofu sürtgəcin xırda gözündən keçirin.

Salatı servis edəcəyiniz qabın ortasına stəkan qoyun və öncə kartof əlavə edin, daha sonra mayonez vurun. Toyuq əti döşəyib yenidən mayonez çəkin. Ən yuxarıdan qozlu çuğunduru əlavə edin, mayonez vurun. Stəkanı çıxarın və nar dənələri ilə salatı bəzəyin.

Nuş olsun!

Ən asan hazırlanan toyuq yeməyi - RESEPT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)