“Neft Daşları”nda yeni quyu istismara verilib

“Neft Daşları”nda yeni quyu istismara verilib
17:57 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1637A saylı estakadayanı meydançadan 2649 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən qazlif üsulu ilə məhsul verən quyu hazırda 1543-1540 metr intervaldan gündəlik 10 ton neft hasilatı ilə istismar olunur.
Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neft-daslari-nda-yeni-quyu-istismara-verilib21345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR