Zədəli futbolçu milliyə dəvət alıb

Zədəli futbolçu milliyə dəvət alıb
00:47 20 Oktyabr 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un zədəli hücumçusu Sadyo Mane Seneqal millisinə dəvət alıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, diz bağlarında problemlər olan hücumçu CAR-la 10 və 14 noyabrda keçiriləcək oyunlara görə millinin düşərgəsinə çağrılıb.

"Mənim fikrimcə, Mane CAR-la oyuna qədər tam hazır olacaq. Bura qədər fərdi proqramla məşq edirdi. Amma növbəti həftədən topla çalışmalara başlayacaq" - Seneqalın baş məşqçisi Aliu Sisse deyib.

Mane DÇ-2018-in seçmə mərhələsində Kabo-Verde ilə oyunda (2:0) zədələnmişdi. "Liverpul"un məşqçilər korpusu onun 6 həftə meydana çıxmayacağını bildirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR