Sürücülər arasında yeni "dəb" - Cəzaları daha ağır olacaq

Sürücülər arasında yeni "dəb" - Cəzaları daha ağır olacaq
07:12 20 Oktyabr 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yol-nəqliyyat hadisəsi yerindən qaçaraq məsuliyyətdən yayınmağa cəhd halları ilə bağlı statistika açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bununla bağlı Milli.Az-ın sorğusuna cavab olaraq deyib ki, bu ilin 9 ayı ərzində 21 yol-nəqliyyat hadisəsi zamanı sürücülər hadisə yerini qaçaraq tərk edib.

Bölmə rəisi qeyd edib ki, həmin hadisələr zamanı 3 nəfər ölüb, 19 nəfər xəsarət alıb: "Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində 14 faktın üstü (3 ölüm, 17 xəsarət) isti izlərlə dərhal açılıb. 2 nəfərin xəsarət aldığı 7 hadisənin də günahkarlarının məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər isə davam etdirilir".



V.Əsədov qeyd edib ki, sürücülərin hadisə yerindən qaçması tamamilə əbəsdir: "Hüquq-mühafizə orqanları onsuz da onları tapıb istintaqa təhvil verəcəklər və onlar öz cəzalarını alacaq. Sadəcə fərq ondadır ki, bu dəfə cəzaları daha ağır olacaq".  

Qeyd edək ki, ümumilikdə 2017-ci ilin 9 ayı ərzində Bakıda 450 yol qəzası baş verib, nəticədə 139 nəfər həlak olub, 392 nəfər isə xəsarət alıb.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/591826.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR