Azərbaycanlı idmançı dünya çempionu oldu - FOTO/VİDEO

Azərbaycanlı idmançı dünya çempionu oldu - FOTO/VİDEO
17:18 20 Oktyabr 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı idmançı dünya çempionatından qızıl medalla qayıdıb.

Publika.az xəbər verir ki, Ceyhun Əliyev Gürcüstanda keçirilən Hapkido üzrə dünya çempionatında qızıl medal qazanıb.

O, bir neçə dəfə Azərbaycan çempionatının, dünya kubokunun, ölkədaxili və dünya miqyaslı yarışların qalibi olub.

Habelə Ceyhun Əliyev 5-10 dekabr tarixində Türkiyənin İstanbul şəhərində keçiriləcək döyüş növləri üzrə dünya çempionatına qatılacaq.

Bir çox döyüş növlərini Azərbaycana məhz Hapkido Federasiyasının rəhbəri Süleyman Məmmədli gətirib. Belə ki, Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısıdır.

Ceyhun Əliyevin şəxsi məşqçisi Natiq Mehdiyevdir. O, 4 qat dünya və 4 qat Avropa çempionudr.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/217752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR