Ronaldodan "Real"a məsləhət

Ronaldodan "Real"a məsləhət
20:12 20 Oktyabr 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in futbolçusu Markus Reşford "Real"ın maraq dairəsinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc hücumçunu klub rəhbərliyinə Kriştiano Ronaldo məsləhət görüb. 

O, "Real" rəsmiləri ilə söhbətində Reşfordun transferinin komandaya çox fayda verə biləcəyini deyib. 

Madridlilərin indiki məqamda əsas transfer hədəfi Harri Keyndir. "Tottenham"in üzvünün keçidi baş tutmasa, "Real" rəhbərliyi Reşfordla danışıqları gücləndirəcək.

Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Markus Reşford 2015-ci ildən əsas komandanın formasını geyinir. O, "mankunianlar"ın heyətində 84 oyunda 25 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592209.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR