ABŞ ordusu Nigerdə öldürülən Amerika əsgərləri ilə bağlı istintaq aparır.
Metbuat.az-ın məlumatına görə, ABŞ müdafiə naziri Ceyms Mettis bildirib ki, ordu bu ayın əvvəli Nigerdə radikal silahlılar tərəfindən öldürülən dörd amerikalının ölümü ilə bağlı istintaq aparır.
O deyib ki, ordu aldığı hər bir məlumatı icitmaiyyətlə doğru zamanda paylaşacaq:
“Qoşunlarımız itkisi ilə bağlı istintaq aparılır. Müdafiə Nazirliyi hər hansı məlumat vermədən öncə hər şeyi dəqiq bilmək istəyir. Amma bizim əlimizdə hələ dəqiq məlumat yoxdur. Olan kimi sizinlə bölüşəcəyik, çünki biz qoşunlarımızla fəxr edirik".