Qar Aranı da çətinə saldı

13:12 9 Yanvar 2015
152 Sosial
Ölkə mətbuatı
A- A+

Aran rayonlarına yağan ilk qar yollarda hərəkəti çətinləşdirib

Aran rayonlarına ilk qar yağıb. Dünən günün ikinci yarısında sulu qar qarla əvəzlənib. Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, qısa müddətdə hər yan ağ örpəyə bürünüb. Gecə saatlarında müşahidə olunan şaxta isə yolların buz bağlamasına səbəb olub.  Bu da yollarda gediş-gəlişi çətinləşdirib. Bununla əlaqədar olaraq, 36 saylı Yol İstismar İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Körpülər, həmçinin yollardakı keçidlər qardan təmizlənib, yollara qum səpilib. Yolların qardan təmizlənməsi prosesi hazırda da davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR