Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlandı

Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlandı
02:18 23 Oktyabr 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu metronun Neftçilər stansiyası yaxınlığında mübahisə zəminində iki bıçaq xəsarəti alıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni taksi sürücüsü törədib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı mütəxəssisidir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/217968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR