Tarixdə bu gün

2002-ci il 23 oktyabrda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse-prezidenti, millət vəkili İlham Əliyev Vaşinqtona səfəri zamanı ABŞ-ın vitse-prezident Riçard Çeyn, konqresmenlər və siyasi dairələrlə görüşlər keçirib.

Metbuat.az-ın məılumatına görə, İlham Əliyev Vaşinqtonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda məruzə ilə çıxış edib. İnstitutun direktoru Fred Star İlham Əliyevi auditoriyaya Azərbaycanın gələcək lideri kimi təqdim etmişdi.

Bir il sonra bu fikir öz təsdiqini tapdı və İlham Əliyev 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib.

Günay Elşadqızı \ METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR