Əsgər Qraç Avetisyanı da erməni öldürdü

Əsgər Qraç Avetisyanı da erməni öldürdü
13:05 23 Oktyabr 2017
52 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən həftə Qarabağdakı erməni işğalçı birləşmələrinin iki hərbçisinin güllələnməsi haqda yeni təfərrüatlar məlum olub.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, oktyabrın 20-də güllələnən Aram Xaçatryan və Qraç Avetisyan adlı əsgərlərin hər ikisinin öz xidmət yoldaşları tərəfindən vurulduğu məlum olub. Bundan əvvəl Ermənistan İstintaq Komitəsi Aram Xaçatryanı vuran kiçik serjantın həbs olunduğunu açıqlamışdı.

Məlumata görə Xaçatryan kürəyindən güllə yarası alıb, hospitala aparılarkən yolda keçinib. Digər əsgər Qraç Avetisyan isə ona təhkim edilmiş avtomatla vurulub. Müstəntiqlər bildiriblər ki, onu vuran xidmət yoldaşıdır. Həminəsgər Xankəndi hospitalına aparılarkən yolda keçinib. Məlumata görə əsgərlərin güllələnməsinə səbəb onların bir neçə gün əvvəl hərbi hissədə digər əsgərlərlə dalaşması və onları döyməsidir. Qraç Avetisyanı vuran əsgərin də artıq saxlanıldığı bildirilir. O, çağırışçı əsgərdir. Qeyd edək ki, Qarabağdakı erməni hərbi birləşmələrində tez-tez əsgərlər arasında silahdan da istifadə olunmaqla qarşıdurmalar baş verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/592833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR