Promete səssizliyini “Gün Doğsa” klipi ilə pozdu - VİDEO

Promete səssizliyini “Gün Doğsa” klipi ilə pozdu - VİDEO
11:18 24 Oktyabr 2017
48 Şou
Ölkə mətbuatı
A- A+

Reper ProMete yeni “Gün Doğsa” trekinə çəkilən klipini təqdim edib.

Publika.az xəbər verir ki, “Gün Doğsa” klipi “İkinci pərdə” filminin saundtrekidir. Mahnını reper azərbaycanlı rejissor, ssenarist, rəssam, bəstəkar, ifaçı Rövşən Nicatla duet şəklində ifadə edib.

Ekran işinin rejissorluğunu Bəhruz Qurbanlı ilə Orxan Mərdan edib.

Uzun müddətdir yaradıcılığında durğunluq yaşayan reper “İkinci pərdə” filmi üçün hazırladığı yeni layihəsi haqqında təəssüratlarını bölüşüb:

“Uşaqlıqda kino izləyicisi idim, onlar mənə nağıl kimi gələrdi. İndi isə bu nağılların yaradılış prosesindəyəm. Sehrini heç itirmir bu nağıllar”.

Məlumat üçün bildirək ki, dram janrında çəkilən filmin premyerası noyabrın 16-sında keçiriləcək. Filmin rejissoru Emil Quliyev, prodüseri isə Orxan Mərdandır. Baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/218139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR