Sarışan hallar nevrozu nədir?

Sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu, OKP) təşviş yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur.

Metbuat.az xəbər verir ki, nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə, hisslərin və hərəkətlərin "qüsurlu dövranı" yenidən işə düşür.

Obsessiv-kompulsiv pozuntu (OKP) sarışan fikirlərin (obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox isə onların hər ikisinin mövcudluğu ilə xarakterizə olunan, kəskin stress pozuntusuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntudur.

Obsessiya – güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə ilə əlaqədar olaraq yarana bilər. Obsessiyaların daha çox rast gəlinən mövzusu infeksion xəstəliklərə yoluxma və infeksiya yayma qorxusu, ətrafına təsadüfi, ya da düşünülmüş zərər yetirmə qorxusu, kobud səhv etmə qorxusu, mənəvi və dini qadağaları pozma qorxusu, pedofil və homoseksual davranış törətmə qorxusu olur.

Kompulsiya – pasiyent “qeyri-adi, fövqəltəbii” şəkildə onu qorxudan hadisənin, sarışan fikirlərlərin qarşısını almaq və ya həyəcanı, gərginliyi azaltmaq üçün etməyə ehtiyac hiss etdiyi fiziki və ya psixi hərəkətlərdir (rituallar).

Fiziki kompulsiyalar – tez-tez əl yuma, qapıları bağlama və s. kimi kənardan hiss olunan təkrarlanan hərəkətlərdir.

Psixi kompulsiyalar – kənardan hiss olunmayan, xəstənin iradəsinə tabe olmayan və onu narahat edən fikrində təkrarlanan hesablama, dualar və qarğışlar kimi sarışan pozuntulardır.

Əhalinin 80%-nin müəyyən vaxtlarda sarışan fikirlər hiss etməsinə və təxminən 50%-nin müəyyən rituallar etməsinə baxmayaraq, OKP-nin klinik təzahürlü vəziyyətinə bir o qədər tez-tez rast gəlinmir. Bir il müddətində əhali arasında OKP-nin yaranma riski 1,1-1,8 %-ə bərabərdir, ümumi həyatı boyu isə hər bir adam üçün 1,6-3% təşkil edir. OKP-yə 18 yaşından yuxarı qadınlarda daha çox rast gəlinir, kişilərdə isə bu, daha erkən yaşlarda başlayır. 15 yaşa kimi olan uşaqlar arasında OKP-nin yayılması 0,25% təşkil edir. OKP-nin epidemioloji göstəriciləri sosial-iqtisadi vəziyyətdən və etnik mənsubiyyətdən asılı olmur.

OKP-nin başlanmasına xas olan orta yaş dövrü 19-30 yaşdır. Təxminən 25% pasiyentlərdə xəstəlik 14 yaşından sonra başlayır. Xəstəliyin 35 yaşdan sonra başlanması isə nadir hallarda olur. Xəstəliyin daha erkən başlanğıcı simptomların kəskin təzahürü, daha çox kompulsiyaların olması ilə (obsessiyasız) xarakterizə olunur. Belə hallarda komorbid pozuntular (tiklər, diqqət çatışmazlığı hiperaktivlik sindromu və təşviş pozuntusu) və müalicəyə həssaslığın olmaması müşahidə olunur. Eyni zamanda uşaq və yeniyetmə dövründə xəstələnənlərin 40%-də yetkinlik dövründə tam remissiya müşahidə olunur. Əlamətlərin intensivliyinin dalğavari gedişi OKPnin müalicə olunmaması ilə xarakterizə olunur. Müalicəsiz, spontan sağalma ehtimalı 20%-i keçmir, 50% hallarda gedişat fasiləsiz, 25% hallarda isə epizodik xarakter daşıyır. OKP-dən əziyyət çəkən xəstələrin yarısında suisidal (özünə qəsd) fikirlər, 25%-də isə suisidal cəhdlər qeyd oluna bilər. Özünə qəsd cəhdi daha çox yanaşı gedən depressiya ilə əlaqədar yaranır. OKP həyat keyfiyyətinin və sosial adaptasiyanın nəzərə çarpacaq dərəcədə enməsi ilə assosiasiya olunur. Məsələn, OKP-si olan xəstələr obsessiyanı və kompulsiyanı yaradan vəziyyətdən və ya insanlara zərər yetirə bilmə qorxusuna görə onlarla münasibətdən qaça bilərlər. Eyni zamanda obsessiyalarla əlaqədar olaraq onlar həkimə müraciət etməkdən də qaçırlar. Bəzi xəstələr ailə münasibətlərinə neqativ təsir edən öz qayda və qadağalarını yaymağa çalışırlar.

Kişilərdə bu əsəb pozuntusu, bir qayda olaraq, yeniyetmə dövründə başlayır. Qadınlarda isə xəstələnmə halları daha çox 20-30 yaşlarına təsadüf edir.

Sarışan hallar nevrozuna səbəb bioloji və psixoloji amillərdir.

Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR