Azərbaycanlı müğənni Elnur Məmmədov ötən gün paytaxt məkanlarının birində özünə ad günü edib. Lent.az-ın məlumatına görə, ifaçı özəl gününə şou-biznesin bir çox tanınmış simalarına dəvət göndərib. Gecədə ən yadda qalan məqamlardan biri əməkdar artistlər Sevda Ələkbərzadə ilə Aygün Bəylərin musiqi deyişməsi olub. Bundan başqa doğum günündə iştirak edən bir çox məşhurlar ifaları ilə yanaşı rəqsləri ilə də yadda qalıblar.
Qeyd edək ki, E.Məmmədovun ad günündə xalq artistləri Faiq Ağayev, Nazpəri Dostəliyeva, əməkdar artistlər Elza Seyidcahan, Ədalət Şükürov, müğənnilər Xatirə İslam, Roza Zərgərli, Səidə Sultan, Günay İbarhimli, aparıcı Nəsib Nur və başqaları iştirak edib.