Xəbər verdiyimiz kimi, Kataloniya parlamenti müstəqilliyinin elan olunması haqqında qətnaməni səs çoxluğu ilə qəbul edib.

Metbuat.az-ın məlumatına görə, gizli səsvermə zamanı Parlamentin sədri Karme Forkadel deputatları adbaad tribunaya çağırıb, onlar da bülletenləri qutuya atıblar. Müstəqillik elan olunmasının əleyhinə çıxan müxalif deputatlar qətnamə səsə qoyulmazdan əvvəl iclas salonunu tərk ediblər.

Müstəqillik elanından sonra Kataloniyada əhali küçələrə axışıb. Bunu bayram kimi qeyd edənlər fişəng atıb, şənlik ediblər, şüarlar səsləndiriblər. Müstəqillik tərəfdarı olmayanlar isə “Kataloniya İspaniyanındır” pankartlarını ilə etraz ediblər.

Kataloniyanın müstəqillik qərarı ilə, Avropa İttifaqı (AB) və ABŞ İspaniyanın yanında olduğunu bildirib. ABŞ Dövlət Departamenti İspaniyanın verdiyi qərarları dəstəklədiyini rəsmən açıqlayıb.

Qeyd edək ki, Kataloniyanın yerli parlamenti ötən gün müstəqillik elan etməsindən bir neçə dəqiqə sonra İspaniya Konstitusiyanın 155-ci maddəsini işə salmaq qərarı veriblər. Madrid Karles Puçdemonu və Kataloniya hökumətinin üzvlərini vəzifədən kənarlaşdırmaq və muxtariyyətdə seçkilər keçirmək istəyir. Bu qərar İspaniya senatında təsdiqlənməlidir.

Günay Elşadqızı \ METBUAT.AZ