İraqda 24 saatdır silahlar susub.

Metbuat.az-ın məlumatına görə, atəşkəs elanından sonra Suriya sərhədindəki Rabiada iclas edən komandirlərin fotoları sosial mediada paylaşılıb. Masada həm İraq ordusu, həm də peşmərgə qüvvələrinin komandirləri olub.

Yerli qaynaqlar bildiriblər ki, peşmərgə Mosulun şimalındakı Teskopa qəsəbəsindən geri çəkilir. Bundan əlavə, qəsəbənin yaxınlığındakı xristian kəndləri Teleskuf və Alkuş da Bağdad rəhbərliyinin idarəçiliyinə keçəcək.

Günay Elşadqızı \ METBUAT.AZ