ABŞ ordusunda cinsi azlıqlarla bağlı qadağanın ləğvinə icazə verilməyib.
Metbuat.az bildirir ki, ABŞ-ın əvvəlki prezidenti Barak Obamanın dövründə tədbiq olunan qadağanı yeni prezident Donald Tramp ləğv etmək istəsə də, federal məhkəmə buna icazə verməyib.
Hazırda 1.3 milyon əsgərin xidmət etdiyi ABŞ ordusunda 10 minə yaxın cinsi azlıq nümayəndəsi olduğu deyilir. Qərarın onlara necə təsir edəcəyi hələ ki, məlum deyil.
Qeyd edək ki, Tramp iyul ayında rəsmi Tvitter hesabında cinsi azlıqların da orduya daxil olacağı barəsində açıqlama vermişdi.
Yeni Kaledoniyada zəlzələ baş verdi - 6.8 bal – OXUMAQ ÜÇÜN TIKLAYIN!