ABŞ prezidenti Donald Tramp, Nyu-Yorkda baş verən terror hadisəsi ilə bağlı açıqlamanı verib.

Metbuat.az-ın məlumatına görə, Ağ Evin yazılı açıqlamasında bildirilir ki, o, Nyu-Yorkdakı terror hücumunu qınayıb, həyatını itirənlərin yaxınlarına başsağlığı verib:

“Dualarımız Nyu-Yorkdakı terror hücumunun qurbanları və ailələri üçündür. Nyu-York polisinə və onunla birgə çalışan Federal İstintaq Bürosuna tam dəstək veririk. Hadisə zamanı ilk müdaxilə edənlərə təşəkkürümüzü bildiririk”.

Hadisənin gedişini yaxından izlədiyini bildirən Tramp, Tvitter hesabında da hücumla bağlı açıqlama yayıb: “Yaxın Şərqdə və digər yerlərdə məğlub etdiyimiz İŞİD-in ölkəmizə geri dönməyinə icazə verməməliyik. Bəsdir!".

Qeyd edək ki, Nyu-Yorkda ötən gün bir nəfərin yük maşınını velosiped yolundakı insanların üzərinə sürməsi nəticəsində 8 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.

“İŞİD-in ölkəmizə geri dönməyinə icazə verməməliyik”

“İŞİD-in ölkəmizə geri dönməyinə icazə verməməliyik”

Günay Elşadqızı \ METBUAT.AZ