Azərbaycan internetinin ən yaxşı saytları və internet layihələri arasında hər il Milli İnternet Mükafatı – “MilliNet” müsabiqəsi keçirilir.
Metbuat.az bildirir ki, “MilliNet 2017” mükafatı ilə bağlı artıq qeydiyyat başlayıb. Bu günə olan statistikaya görə, müsabiqəyə 151 internet resurs təqdim edilib və onlardan 103 resurs müsabiqəyə qebul edilib. Bu il ilk dəfə olaq mobil tətbiqlər və sosial media resursları ayr-ayrı nominasiyalar üzrə müsabiqəyə qəbul edilir. Müsabiqəyə qeydiyyat 20 noyabr tarixində başa çatacaq.
Sayt, mobil tətbiq və sosial media resurslarını ( facebook səhifəsi , youtube kanalı və instagram hesabı) müsabiqəyə təqdim etmək istəyənlər bu tarixədək www.millinet.az resursunda qeydiyyatdan keçə bilərlər.
Milli Net TK bildirir ki, artıq Müsabiqənin ekspertlərdən və peşəkarlardan ibarət Münsiflər Komissiyasının formalaşması da başa çatıb . Bu il saytların, mobil tətbiqlərin və sosial media resurslarının qiymətləndirilməsini 23 münsif həyata keçirəcək.
Müsabiqə Qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək:
1-ci mərhələ səsvermə prosesi 21 noyabr tarixində başlanacaq və noyabrın sonunadək davam edəcək. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.
Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.
2-ci səsvermə prosesi 15 dekabr tarixinədək davam edəcək. Münsiflərin verdikləri qiymətlər yalnız təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərin mükafatlandırılması ilə bağlı "MilliNet"in ənənəvi yekun təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.
Bu il "MilliNet" yarışması saytlar, mobil tətbiqlər və sosial media resurslarından ibarət olmaqla 20 nominasiya üzrə keçiriləcək. :
1. Korporativ saytlar
2. İctimai-sosial saytlar
3. Media və İnformasiya
4. Mədəniyyət, incəsənət və turizm saytları
5. Ailə, uşaq və sağlamlıq
6. Bloqlar
7. Elm və təhsil
8. Elektron hökumət
9. Xidmət (Servis)
10. Elektron Ticarət
11. Elektron hökumət mobil tətbiqi
12. Təhsil mobil tətbiqi
13. Oyun və əyləncə mobil tətbiqi
14. Elektron ticarət mobil tətbiqi
15. Elektron ödənişlər və bank mobil tətbiqi
16. Media və informasiya mobil tətbiqi
17. Köməkçi mobil tətbiqlər (utilitlər)
18. Ən yaxşı Facebook səhifəsi
19. Ən yaxşı Youtube kanalı
20. Ən yaxşı İnstagram hesabı
Qeyd edək ki, Milli İnternet mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyirəsmi dəstək verir.