​Bəşşar Əsədə bağlı silahlılar türkmən kəndlərini atəşə tutub

​Bəşşar Əsədə bağlı silahlılar türkmən kəndlərini atəşə tutub
13:12 6 Aprel 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Suriyada Bəşşar Əsəd rejiminə bağlı hərbi güclər türkmənlərin dədə-baba yurdları olan Bayırbucaq əyalətinə basqın ediblər.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.
Belə ki, türkmənlərin yaşadığı Murtlu, Gebeli, Kepir və Gögdağ kəndləri hədəfə alınıb.
Məlumatda bildirilib ki, atəş və partlayış səsləri Türkiyənin Suriya ilə sərhəd rayonunda - Hatayda da eşidilib.
Xatırladaq ki, Bayırbucaq B.Əsəd hakimiyyətinə müxalifətin nəzarəti altındadır. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/bessar-esede-bagli-silahlilar-turkmen

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR